Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.
Newscenter.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!"
— İlham Əliyev (@azpresident) January 27, 2023
Sevinc