27 yanvar 2023-cü il, Azərbaycanın Tehrandakı Səfirliyinə Hücumla bağlı Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yaydı.
Newscenter.az-a daxil olan bəyanatın mətnində qeyd edilir ki, bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu lənətləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.
Bəyanatda daha sonra qeyd edilir ki, Türkiyə keçmişdə də analoji hücumlara məruz qalan Azərbaycan xalqının acısını dərindən bölüşür:
"Bu alçaq hücuma görə günahkarların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, fasiləsiz olaraq davam edəcək".
Mehman