Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərəb ölkələrindəki icmamız ölkəmizin İrandakı səfirliyində törədilmiş terror aktını pisləyib

Ərəb ölkələrindəki icmamız ölkəmizin İrandakı səfirliyində törədilmiş terror aktını pisləyib



Ərəb ölkələrindəki icmamız ölkəmizin İrandakı səfirliyində törədilmiş terror aktını pisləyib

Newscenter-az xəbər verir ki, Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, İraq, Sudan, Livan və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələrində ölkəmizin İrandakı Səfirliyinə silahlı hücumla bağlı Azərbaycan icmasının bəyanatı yayılıb.

Bəyanatda bildirilib ki, ərəb ölkələrində yaşayan soydaşlarımızın İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktını şiddətlə pisləyir. Soydaşlarımızın terror aktı nəticəsində həlak olan Səfirlik əməkdaşının xatirəsini ehtiramla andığı, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb etdiyi, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözlədiyi vurğulanıb.
Xəbəri paylaş