Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fars-molla rejimi dünyanın ən qəddar rejimidir

Fars-molla rejimi dünyanın ən qəddar rejimidir


İranda hakimiyyətdə olan fars-molla rejimi dünyanın ən qəddar rejimidir və həmin rejimin zülmündən 40 milyon soydaşımız da əziyyət çəkir.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə hüquqşünas Əli İbrahimov çıxış edib. O bildirib ki, bu rejim qədər ikiüzlü, qəddar rejimi dünyada tanımıram:

"Molla rejimi qəddar və amansızdır, ona görə ki, din pərdəsilə silahlanıb. Təhlükəliliyi də məhz bundadır. Bütün əməllərini də məhz bu din pərdəsi altında edir. Bu rejimin başında duranların əlləri çox qanlara, cinayətlərə batıb. Xamneyi kimi dinbazlar da sadəcə bu qəddarlığa fətfa verməkdə davam edirlər. Ona görə də öz hakimiyyətlərini qorumaq üçün hər şeyə getməyə hazırdılar. Deyə bilərəm ki, artıq xalq içində nüfuzunu itirmiş belə bir rejimin hakimiyyətdən devrilməsinə də az vaxt qalıb. Bu rejimin devrilməsi böyük aşınmalarla müşayiət olunacaq. Buna uzun zaman qalmayıb inşallah".

Mehman
Xəbəri paylaş