Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib

İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib


Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Newscenter.az xəbər verir ki, dövlət başçısı bu hadisəni şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib.

Prezident İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib.

Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Sevinc
Xəbəri paylaş