Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran şəbəkəsinə qarşı mübarizə daha ciddi şəkildə aparılmalıdır

İran şəbəkəsinə qarşı mübarizə daha ciddi şəkildə aparılmalıdır


Azərbaycandakı irançı şəbəkəyə qarşı aparılan mübarizəni qənaətbəxş və effektli hesab etmirəm. Artıq İranda səfirliyimizə qarşı baş verən terror hadisəsini başqa istiqamətə yönləndirən şayiələrlə ictimai fikri qarışdırırlar.

İran şəbəkəsi cəmiyyətdə kök salıb, dini camiədə təsir onların əlindədir. Gizli, təqiyyə etmiş şəkildə özlərini gizlədərək bir çox qurumlara sızıblar, məscidlərdə təbliğat aparırlar. Özü də ən mərkəzi məscidlərdə 10 illərlə İranda təhsil, təlim görmüş din maskalı şəxslər var.

Yas yerlərində, ictimai yerlərdə, dükanlarda mütəmadi şəkildə onların söhbətlərinə, təbliğatlarına rast gəlməz mümkündür.

Bəzən öz fikirlərinə əks gedən adamları gizli və açıq təhdiddən belə çəkinmirlər. Şəxsən şəxsimə qarşı bu təhdidləri yaşamış biri kimi deyirəm ki, daxildəki İran şəbəkəsi İranın rejiminindən daha təhlükəlidir.

Üzbəüz və xarici düşmən o qədər də təhlükəli deyil, əsas cəmiyyətin içinə sizmış, İran müctəhidlərinə təqlid edən müqəllidlərin təhlükəsidir.

İran müctəhidlərinə təqlid edən hər kəs İslam üçün, Azərbaycan üçün ən qatı İŞİDçidən daha təhlükəlidir. İran müctəhidlərinə təqlid edən hər bir şəxs gizli mina, canlı bombadır Azərbaycan üçün.

Mübarizə bütün dövlət orqanları tərəfindən daha ciddi şəkildə aparılmalıdır. Din idarələri İrançı axundların əsl müctəhidlərini müəyyən etməlidir, İrana dini tabeçiliyə şərait yaratmış bütün fiqurlar, məmurlar həbs edilib sorğuya çəkilməlidir. Çünki hər gizli şəbəkənin içində bir və ya bir neçə gizli şəbəkə də var ki, bunlar özbaşına ölkəyə ayaq açmayıb.

Turan İrfan
Xəbəri paylaş