Yaxın Şərqin şər qüvvəsi olan İran tarixən terrorçu bir dövlət kimi tanınıb. Yaxın və uzaq tariximizdə baş verənlər bunun əyani sübutudur. Bir qayda olaraq isə bu ölkənin hədəfi İranda fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri olub.
Newscenter.az İranın yaxın və uzaq tariximizdə xarici ölkələrin səfirlik və digər diplomatik nümayəndəliklərinə təşkil etdiyi terroçu hücumların siyahısını təqdim edir:
1829-cu ildə Çar Rusiyasının İrandakı səfirliyinə terrorçu hücum təşkil edilib.
1979-cu il İran rejimi Tehrandakı ABŞ səfirliyinə hücum təşkil edib. Hücum zamanı 52 amerikalı diplomatı və vətəndaşı girov götürülür. Rejimin amerikalı diplomatları girov saxlaması 444 gün davam edir.
2011-ci ildə İran rejimi tərəfindən Britaniyanın Tehrandakı səfirliyinə hücum təşkil olunur.
2016-cı ildə Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna terrorçu hücum baş verir.
27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı terror hücumu təşkil edilir. Nəticədə səfirliyin 1 əməkdaşı həlak olur, 2 nəfər isə yaralanır.
NEWSCENTER.AZ