"Hansı axmaq ölkənin xüsusi xidmət orqanları öz ərazisində başqa bir ölkənin səfirliyinə hücum təşkil edər? Böyük ehtimalla ya başları daxili etirazlara o qədər qarışıb ki, ipin ucunu itiriblər, ya "arvadını səfirlikdə axtaran terrorist" bizə düşmən ölkənin xüsusi xidmət orqanlarına "göydəndüşmə yem" olub, ya da qlobal güclər regionu əməlli başlı "isidəcəklər"-inin anonsunu veriblər".
Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Nazim Bəydəmirli səsləndirib. O bildirib ki, indi dövlətimiz soyuqqanlı olmalıdır "adekvat stildə cavab vermək üçün çağırışlar etmək" ən yüngül halda təxribatçılıq kimi qiymətləndirilməlidir, təbii ki, belə halların qarşısı alınmalıdır:
"Bütün bunlara baxmayaraq terrora görə məsuliyyət molla rejiminin üzərindədir".
Anar