28 yanvar 2023-cu il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar təmir işlərinin aparılmasıdır.
Səhmdar Cəmiyyətdən bildirilib ki, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
Sevinc