Dünyada kifayət qədər ciddi potensiala malik ölkələrlə tərəfdaşlıq və müttəfiqlik əlaqələri mövcud olan Azərbaycana qarşı çıxan ölkələr, ən azından Ermənistanın və İranın ağrılı -acılı təcrübəsindən ciddi nəticə çıxarmalıdırlar.
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Azərbaycanımızla hansısa sahədə düşmənçilik aparmaq, bizmlə aşkar və ya gizlin şəkildə savaşmaq artıq çox təhlükəli tendensiyadır:
"Ən yaxşı seçim, imzasına hörmət edən, etibarlı və dürüst ölkə olan Azərbaycanla əməkdaşlıq etməkdən ibarətdir. Bu məsələdə başqa alternativ mövcud deyil".
Mehman