Biz nəhayət, İran rejiminin bizim Azərbaycana bu, 30 illik mövqe və münasibətini aydın təhlil edib adekvat da münasibət ortaya qoymalıyıq. Düşünülmüş, ölçü-biçili, amma, qətiyyətli, sərt.
Əks halda, bu rejim dayanmayacaq və bundan daha ağır və aşkar da zərbələr vuracaq, Çünki, bu xəstə paranoidal rejim Azərbaycanın dövlət müstəqilliyini özünə, bir nömrəli maneə görür... Bütün proseslər, müşahidə və analizlərsə belə bir hissini göstərir, İranının Azərbaycana qarşı.
Bu isə çox təhlükəli düşmənçilik hissidir zatən. Belə hissdən hər cür addım, zərbə yarana bilir.
Görmədinizmi, müstəqil Azərbaycan dövlətinin toxunulmaz statuslu səfirliyinə qarşı həm açıq terror hücumuna və həm, mühafizəsinə İranın münasibəti ilə sanki hücum kafe binasına olub.
Bəsdir bu din, ümimi tarix filan saxta oyunların altından bu saxta molla rejiminin ölkəmizə, milli mənafemiz, dövlətçiliyimizə indiyəcən vurduğu say-hesabsız və hər türlü iyrənc ziyankarlıqlar. Biz erməni işğalına da bu cür dözdük, gözlədik və xeyri olmadı, adekvat addım atdıq. İranın da axır, səfirliyimizə terror həddinə çatmış işləkləri, əməllərinə qarşı da, dönüş anı artıq yetişmişdir.
P. S. Budur, Tehran şəhidimiz Orxan Əsgərovun nəşini Azərbaycana vermir. Bakıdan göndərilən uçaq saatlardır, Tehranda gözlədilir bu anlarda.
İlqar Altay