İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 800 nəfərə çatıb.
Newscenter-az “Report”-a istinadən xəbər verir ki, bu barədə “İSNA” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 sakin isə yaralanıb. Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.
Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib.