Yayılan məlumatlara əsasən bu gecə İsrailə məxsus dronlar və F-35 döyüş təyyarələri İranın hava məkanına daxil olub və bəzi stratrji məkanlara və obyektlərə zərbə endirib. Zərbə endirilən yerlər arasında SEPAH terror təşkilatına məxsus obyektlər də var. Daha sonra isə İsrail baş naziri Benyamin Netanyahu açıqlama verərək bildirib ki, “Cavabımız güclü, sürətli və dəqiq olacaq. Kim bizə pislik etmək istəsə, biz onun özünə zərər verərik. Həmçinin onlara kömək edənlərə”.
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Samir Hümbətovun qənaətincə, görünənlər ondan ibarətdir ki, İsrailin İrana cavabı məhz İranın dəstək verdiyi terrorçu qüvvələrin Yerusəlim şəhərinə hücumlarına cavab olaraq həyata keçrilib:
"Görünənlər ondan ibarətdir ki, bu region yenidən qan gölünə çevrilməyə doğru gedir. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terrordan sonra indi də Yerusəlimə edilən terror hücumları İranı zərbə altına qoyacaq. Çünki, belə şəraiti molla rejminin özü istəyir. Burada əsas məqsəd artıq beş aydır davam edən ölkədaxili etiraz aksiyalarına yönələn diqqəti dağıtmaq və "xarici düşmən" obrazı yaratmaqla hakimiyyətin ömrünü uzatmaq üçün manipuliyasiyalar etməkdir".
Mehman