Dron istehsal edən hərbi zavodların vurulması, İranda "karma" nın davam edəcəyindən xəbər verir. Raket və digər hərbi vasitələrlə havadan endirilən zərbələr, İranı dərindən düşünməyə və daha ciddi olmağa məcbur edəcək.
Newscenter.az xəbər verir ki. bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, zərbələrin dəqiqliyi onu göstərir ki, İranın müdafiə tavanı heç də anlatdıqları səviyyədə deyil:
"Məlumdur ki, dünyanın istənilən ölkəsində, əhəmiyyət kəsb edən strateji obyektlər, xüsusi olaraq, ən müasir texnologiya ilə qorunur. Bu qədər asanlıqla hədəfə çatan hava zərbələri, İranın müdafiə sisteminin çox zəif olduğunun göstəricisidir".
Çingiz Şahbazi daha sonra bunları qeyd edib:
"Son dönəmlərdə Azərbaycan İran münasibətilərində gərginliyin davam etməsinə rəğmən, inanmıram ki, ölkəmizdə, İrana qarşı hərbi əməliyyatların keçirilməsinə razılıq verən kimsə tapılsın. Çünki, orda, 10- milyonlarla soydaşımız və günahsız insanlar yaşayır və bundan əlavə biz, son on illər ərzində ən çox təcavüzə məruz qalan ölkə kimi, müharibə etmə məcburiyyətində qalmışıq. Müharibənin ağrı acısını və gətirdiyi bəlaları çox yaxşı bilirik. Məhz bu səbəbdən, qonşuluğumuzda yeni bir müharibənin baş verməsinə heç bir halda razı ola bilmərik. Bütün bunlara rəğmən, biz də hamı kimi, hətta İran xalqı kimi, İranın ağıllı siyasət yürütməsini istəyirik. İstəyirik ki, İranın siyasi hakimiyyətinin səhvləri, bölgəni qana bulamasın və sabitlik əldən getməsin".
Mehman