İki şəhər və üç rayonda ağaclar kəsilib.
Bu barədə Newscenter.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Füzuli, Ağsu, Lənkəran rayonlarında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sumqayıt şəhəri, Polad Həşimov və Sülh küçələri, Füzuli rayonu, Qayıdış qəsəbəsi-2, Lənkəran rayonu, Təngivan kəndi və Ağsu rayonunun Kalva kənd Mədəniyyət evinin ərazisində ağacların kəsildiyi və təbiətə ümumilikdə 27 270 manat məbləğində ziyan dəydiyi məlum olub:
“Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycanın Baş Prokurorluğuna göndərilib”.
Sevinc