Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla əlaqələrdəki gərginlik İrana yaxşı heç nə vəd etmir

Azərbaycanla əlaqələrdəki gərginlik İrana yaxşı heç nə vəd etmir


“İran bu terror aktının istintaqını ədalətlə aparmalı, Azərbaycan tərəfinin bu işdə tələblərinə şərait yaratmalıdır ki, qaranlıq məsələlər qalmasın”.

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, İran yaxşı bilir ki, Azərbaycanla əlaqələrdəki gərginlik ona yaxşı heç nə vəd etmir:

"İran əgər bu günə kimi İsrail və Amerika tərəfindən ciddi hücuma məruz qalmayıbsa, bu, böyük ölçüdə Azərbaycanın bu məsələyə soyuq baxmasının nəticəsində olub. Azərbaycan hər zaman bəyan edib ki, öz ərazisini üçüncü tərəflərə İrana qarşı istifadə üçün razı olmayacaq. Bunun özü İrana mesaj xarakteri daşıyır. Təbii ki, İran azərbaycanlılarının Azərbaycan tərəfindən dəstəklənməsi və digər fəaliyyətlər hər zaman İran tərəfi üçün arzuedilməz hesab edilə bilər ki, bunları İran tərəfi yaddan çıxarmamalıdır".

A.Əliyev
Xəbəri paylaş