“Azərbaycanla Macarıstan arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir və Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri Bakı ilə Budapeşt arasında münasibətləri keyfiyyətcə yeni bir mərhələyə çatdıracaq”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, hər bir Avropa ölkəsi kimi Macarıstan da Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir:
“Bu da təbii ki, Azərbaycanın malik olduğu zəngin enerji mənbələri ilə bağlıdır. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu baxımdan Budapeşt üçün də cəlbedici ölkə sayılır. Hələ vaxtı ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto Rusiyanın Cənubi Axını qaz boru xətti layihəsi planını tərk etməsinə münasibət bildirərkən demişdir ki, Macarıstanın uzunmüddətli enerji təhlükəsizliyi təminatını ödəmək üçün yeni mənbələr, yollar axtarmasına ehtiyacı olacaq və bu alternativlərdən biri Azərbaycandır”.
Arzuman Muradlı onu da qeyd edib ki, Azərbaycan dövləti və onun liderinin qətiyyəti, iradəsi, sözünə bütövlüyü də ölkəmizə olan marağı artırıb və əksər ölkələr Azərbaycanla strateji tərəfdaş olmağa maraq göstərir.
İctimai Birlik sədri onu da deyib ki, Azərbaycan prezidentinin Macarıstana rəsmi səfəri bu ölkənin iş adamları, şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işlərinə cəlb edilməsi baxımından əhəmiyyətli olacaq.
Mehman