Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran-Azərbaycan münasibətləri özünün qırılma nöqtəsini yaşayır

İran-Azərbaycan münasibətləri özünün qırılma nöqtəsini yaşayır


Hazırda İran-Azərbaycan münasibətləri özünün ən pik həddə çatmış qırılma nöqtəsini yaşayır. Baxmayaraq ki, İran prezidenti İbrahim Rəisi Azərvaycan prezidenti cənab İlham Əliyevə zəng etdi, amma İran rəami şəkildə üzr istəmədi.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, bəlkə də İranın Azərbaycandan üzr istəməsi mümkündür, amma buna İrandakı hakimiyyətdaxili qruplar imkan verməyəcək:

"Bəzi hakimiyyətdaxili qruplar var ki, onlar tam şəkildə fars şovnizmi ilə təchiz edilmiş, imperiya təfəkkürü ilə formalaşan və yaşayan ideologiya ilə yaşayırlar. Həmçinin nəzərə almaq lazımdır ki, həm İran ərazisində yaşayan farslar, həm də onların sevərək dəstək verdiyi ermənilər də etnik köklər baxımından eyni kökdən gəlməsi haqda kifayət qədər məlumatlar oxumaq mümkündür"

Politoloq hesab edir ki, mövcud Tehran rejminin yuxarıda qeyd edilən məsələlərə görə bundan sonra uzunömürlü olmaq eşqi çox davam edə bilməz.

Mehman
Xəbəri paylaş