Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın çılpaqlığı və haramzadə olması gün kimi hamımıza aydındır

İranın çılpaqlığı və haramzadə olması gün kimi hamımıza aydındır


"Bizim torpaqlarımızı 30 ilə yaxın ermənilər təkbaşına qəsb eləmədi. İran hər zaman bizə xəyanət elədi, xəyanət eləməkdə 44 günlük müharibə zamanı əyani biz hamımız şahid olduq. Ermənilər bizləri öz dədə-baba, doğma torpaqlarımızdan qovduğu zaman iki böyük gücə arxalandı, Rusiya və İran. İranın xüsusi orqanları ermənilər torpaqlarımızı işğal edəndə evlərimizi, dam örtüklərimizi, evimizin əşyalarını belə qəsb elədilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O bildirib ki, İran bu məsələdə heç zaman bizim yanımızda olmadı:

"44 günlük II Qarabağ döyüşlərində İran yenə bizə xəyanət edib terrora dəstək verərək erməni terrorçularına gizli və açıq yollarla silah-sursat yardımı elədi. İndi də İran fars terrorçu qrupları ölkəmizə qarşı açıq-aşkar təxribat eləməyə davam edir. İranın ölkəmizdəki səfirliyinə silahlı hücum və həmvətənimizin şəhid edilməsi İranın bizə olan daha böyük düşmən mövqeyini ortaya qoyur. İran tərəfi mövqeyini ortaya qoydumu? Azərbaycan tərəfi İrandan məsələ ilə bağlı obyektiv araşdırma gözləyir. Amma buna ümid çox azdır. Əksinə hadisəni terror edən şərəfsizin arvadının adına bağlayırlar. Görün İran fars quldur rejimi hansı vasitələrdən istifadə edərək terrora haqq qazandıra bilir. İran tərəfindən deyilən və bəzi ermənipərəst şəxslərin dediyi yalana görə guya hadisəni törədən erməni olub. Bunu da hamımız gördük ki, yalan danışırlar. Hadisəni törədən şəxsin erməni olmasının bildirilməsi yalandır və izi azdırmaq cəhdidir. Xüsusi xidmət orqanlarına bəllidir ki, bu şəxs İran vətəndaşı Yasin Hüseynzadədır, onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH la əlaqəli olduğu ehtimal olunur".

Əkrəm Həsənovun sözlərinə görə, əslində video görüntülər də göstərdi ki, əlisilahlı terrorçunun məqsədi səfirlik əməkdaşlarının hamısını qətl etmək olub:

"Səfirliyin mühafizəsi hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşlarının qətlə yetirilməsi planlanmışdı. Videogörüntülərdən hamımız baxdıq ki, həmin ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı operativ addımların atılması müşahidə olunmur. Hazırda İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır, problemin məişət hadisəsi olması, guya terrorçunun həmin əraziyə uşaqla gəlməsi və s. bu kimi yalan məlumatlar yayır. Bütün bunlar yalandır və İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür. İranın çılpaqlığı və haramzadə olması gün kimi hamımıza görsənir".

Mehman
Xəbəri paylaş