Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstanın Baş naziri: "Azərbaycanın dünyada strateji əhəmiyyəti artır"

Macarıstanın Baş naziri: "Azərbaycanın dünyada strateji əhəmiyyəti artır"


"Azərbaycanın dünyada strateji əhəmiyyəti artır".

Newscenter.az-ın məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı bildirib.

"Biz iki ölkə arasında əməkdaşlıq üçün strateji əhəmiyyət kəsb edən bütün məsələləri müzakirə etdik. Xalqlar arasında son onillik ərzində əlaqələrin və ənənəvi əməkdaşlığın gücləndirilməsinə mərhələli şəkildə verdiyiniz töhfəyə görə minnətdarıq. Biz bunu yüksək dəyərləndiririk. Ölkələrimiz mühüm dostluğu indi yox, çoxdan başlayıblar. Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir. Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk. Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir. Bir sözlə, cənab Prezident, ölkəmizə, Budapeştə çox xoş gəlmisiniz. Səfərinizə görə çox minnətdarıq. Keçmişdə təşəkkül tapmış dərin əməkdaşlığımızı yüksək dəyərləndiririk və ümid edirik ki, o gələcəkdə də davam edəcək", - Baş nazir qeyd edib.

Mehman
Xəbəri paylaş