Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ Dirçəliş Fonduna ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Qarabağ Dirçəliş Fonduna ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib


Qarabağ Dirçəliş Fondu ilə Vəkillər Kollegiyası arasında işgüzar görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə fəaliyyət göstərən vəkil bürolarının rəhbərləri iştirak ediblər.

Qeyd olunub ki, görüşdə iştirak edən qurumlar tərəfindən Fonda ümumilikdə 100 min 800 manat ianə edilib.

Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərmək məqsədi ilə Fonda ianə etdiklərinə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova, eləcə də Kollegiyanın bütün üzvlərinə təşəkkür edib.

Daha sonra ideya müəllifi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığa böyük önəm verdiklərini, bundan sonra da Fondun fəaliyyətinə dəstək verəcəklərini vurğulayıb:

“Vəkillər Kollegiyası cəmiyyətimizi narahat edən problemlərin həllində hər zaman yaxından iştirak etməyə çalışır. İşğaldan azad edilən ərazilərin bərpası ilə bağlı Qarabağ Dirçəliş Fondu ilə də yaxından əməkdaşlıq etmək niyyətindəyik. Arzu edərdik ki, əməkdaşlığımız müxtəlif formatlarda davam etsin və Fondun həyata keçirdiyi layihələrdə daha yaxından iştirak edək”.

Çıxışlardan sonra görüş müzakirələrlə davam edib. Görüş iştirakçıları Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlığın genişləndirilməsi, işğaldan azd olunan ərazilərdə qanunsuz fəaliyyət göstərmiş şirkətlərə qarşı vəsatətlərin qaldırılması və digər məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.

Görüşün sonunda QDF tərəfindən Fonda ianə edən 37 quruma “İanə sertifikat”ı təqdim olunub.

Mehman
Xəbəri paylaş