Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda yeni düzən formalaşır

Regionda yeni düzən formalaşır


Regionda yeni düzən formalaşır. Yeni terror riski və İrana etimadın olmaması səbəbindən Azərbaycan Tehrandakı səfirliyini bağlamaq məcburiyyətində qaldı.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib. Millət vəkili bildirib ki, İrəvan ilə qardaşlaşan Tehran müsəlman Azərbaycan dövlətinin İrandakı səfirliyinin təhlükəsizliyi təmin etmədi və etmir:

"Maskaları cırılan cənub qonşumuz riskli oyunlar oynayır. Risk etmək isə heç də hər zaman sonda şampan içmək anlamına gəlməməlidir".

Deputat onu da qeyd edib ki, Azərbaycan tərəfdaşları əməkdaşılığı genişləndirir:

"Tezliklə Azərbaycanın İsraildəki səfirliyi öz işinə başlayacaq. Bu yeni əməkdaşlıq platformasıdır. Qazanan region olacaq. İtirən isə terroru maliyyələşdirənlər. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik".

Mehman
Xəbəri paylaş