Tehranın bu saatdan sonra labirintdən çıxması imkansıza bərabərdir. Amma susqunluğu maraq doğrur. İranın İsraili vurma şansı çox aşağıdır. Strateji movqesizlik buna şərait yaradır. Tel Əvivə, Hayfaya zərbələr endirmək istəsə, bunu Hizbullah vasitəsilə edə bilər. Ya da İraqdan Haşdi Şabinin əli ilə. Misir Süveyşi İran gəmiləri üçün keçid nöqtəsi etməz, yəqin ki.
Newscenter.az xəbər verir ki, bu fikirləri konfliktoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, revanş etmək istəsə və Azərbaycan İsraillə yaxınlıq edir düşüncəsi ilə rəsmi Bakı ilə konfliktin kuliminasiya nöqtəsinə çata bilər, ancaq belə ağılsızlıq onu uçuruma daha da yaxınlaşdırar:
"Cənubdakı 40 milyon əhalinin şiə teokratiyasının bu revanşını qəbul etməyəcəyinə əminəm. Amma ehtiyatlı olmaqda fayda var".
Elman Vəliyev onu da deyib ki. İranın əsas dayağı Rusiyadır:
"Rusiyanın başı Ukraynada qarışdığı üşün İrana lazımı dəstək verə bilməz. Planı cızanların zamanlaması superdir. Ölkənin petrol təsislərinin çox hissəsi sıradan çıxıb. İqtisadi problemlər qaçılmazdır. Cənubdakı azərbaycanlılar ekonomik krizə məruz qalacaq və etiraz dalğası alovlanacaq. Azərbaycan hazırkı situasiyada gözləmə mövqeyində dayanmalı və iddialar, ittihamlar olarsa, təkzib etməli, müharibəyə sürkləyən gedişatlardan bacardığı qədər yayınmalıdır. Əgər İsrail nüvə istehsal təsislərinin məhvi ilə kifayətlənəcksə, İranın susqunluğu, adekvatlığından daha faydalı olar".
Mehman