Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ailədə 1 nəfərin nəqliyyat xərci ən azı 6 manat artacaq

Ailədə 1 nəfərin nəqliyyat xərci ən azı 6 manat artacaq


Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatda gediş haqqının artmasının bir ailənin xərclərinə nə qədər təsir göstərəcəyi maraq doğurur. Görəsən, qiymət artımından sonra hər hansı bir sadə azərbaycanlı ailəsi nə qədər əlavə xərcə düşəcək?

Newscenter.az xəbər verir ki, iqtisadçı Samir Əliyev bununla bağlı araşdırma aparıb. O minimum əmək haqqı artımı ilə ictimai nəqliyyatda gediş haqqının artmasını müqayisəli şəkildə izah edib6

"Hökumət yanvar ayından etibarən minimum əmək haqqını 45 manat artırıb. Bu gün isə həkumətin digər qərarı ilə nəqliyyatda gediş qiyməti 33,33% artırılıb. Yəni fevral ayından başlayaraq ailədə 1 nəfərin nəqliyyat xərci ən azı 6 manat (0,4 AZN/gediş x 30 gün x 2 gediş) artacaq. Orta statistik ailənin 4 nəfərdən ibarət olduğunu və ən azı 2 nəfərin gündəlik nəqliyyatdan istifadə etdiyini nəzərə alsaq bu halda ailənin nəqliyyat xərcinin ən azı 12 manat artdığını görmək olar. Yəni hökumət sizə 45 manat verib əvəzində 12 manatını (26,7%-ni) geri alır. Gündə 4 nəqliyyatdan istifadə edən ailələrdə, o cümlədən Xırdalan və Sumqayıt əhalisində isə bu xərc 2 dəfə artacaq".

Mehman
Xəbəri paylaş