Qazaxıstanın paytaxtı Astana şəhərinin inkişaf konsepsiyası hazırlanacaq. Newscenter.az Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu dövlət başçısı Qasım Comərd Tokayev hölumət üzvləri ilə birlikdə keçirdiyi müşavirədə səsləndirib.
Prezident Astanada yaşıllıq ərazilərin azlığından da şikayətlənib və müvafiq qurumlara bu sahəyə ciddi diqqət yetirməyi tapşırıb:
"Şəhərin inkişafı konsepsiyasına yenidən baxmaq lazımdır. İndi Astana şəhərində kifayət qədər park yoxdur. Parkları, yaşıllıqlarıartırmaq lazımdır".
Mehman