Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropa məkanının enerji təhlükəsizliyində son dərəcə əhəmiyyətli rol oynayır

Azərbaycan Avropa məkanının enerji təhlükəsizliyində son dərəcə əhəmiyyətli rol oynayır


"Azərbaycan qazının interkonnektorlar vasitəsilə Rumıniya, Bolqarıstan, Macarıstan və digər Avropa ölkələrinə nəql edilməsi bu günün reallıqlarıdır. Gələcəkdə Azərbaycan qazının və elektrik enerjisinin Macarıstan vasitəsilə digər Avropa ölkələrinə ixrac edilməsi, bu ölkənin tranzit imkanlarını artıracaqdır".

Bu fikirləri Newscenter-az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, həqiqətən də, Azərbaycan Prezidentinin uzun illər əvvəl böyük uzaqgörənliklə həyata keçirdiyi transmilli layihələr nəticəsində Azərbaycan Avropa məkanının enerji təhlükəsizliyində son dərəcə əhəmiyyətli rol oynayır:

"Bu gün əksər ölkələr Azərbaycanla dostluq münasibətlərinin qurulmasına, əməkdaşlığa can atır".

Mehman
Xəbəri paylaş