Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan sülh təklifini elan edən tərəf olmamalıdır

Azərbaycan sülh təklifini elan edən tərəf olmamalıdır


"Müharibələrin bir gün bitdiyi məntiqi doğrudur. Azərbaycan nə vaxtsa Ermənistanla olan problemini həll etməlidir. Amma müharibə heç vaxt düşmən tamamilə məhv edilməyincə bitmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bizim düşmənimiz isə tək Ermənistan deyil:

"Bunlar bir-birilərini ayaqda saxladıqca sülhdən danışmaq ancaq söz olacaq. Azərbaycan sülh təklifini elan edən tərəf olmamalıdır. Bu təklif Ermənistandan gəlməyincə Azərbaycan sülhdən danışmamalıdır. Ermənistan daima təhlükə içərisində yaşamalıdır. Bu zaman Ermənistan məcbur şəkildə öz təhlükəsizliyini təmin etmək üçün yollar axtaracaq, necəki axtarır. Bu da düşmən gücləri qarşı-qarşıya gətirəcək. Hesab edirəm ki, bundan Azərbaycan udacaq.
Ermənistansız bizim itirəcəyimiz heç nə yoxdur, amma düşmənlərimizin çox şeyi var".

Mehman
Xəbəri paylaş