Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Qazaxıstan səfirləri görüşüb

Azərbaycan və Qazaxıstan səfirləri görüşüb


Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Qazaxıstan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Malik Murzalin ilə görüşüb.

Newscenter.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, dost Qazaxıstanın Səfirini Gürcüstanda Azərbaycan Bayrağının dalğalandığı məkanda, Azərbaycan Respublikasının Səfirliyində səmimi qəlbdən salamlayan Səfir F.Quliyev Qazaxıstan həmkarını Gürcüstandakı missiyaya başlanması münasibətilə təbrik edib. O, iki ölkənin Gürcüstandakı diplomatik missiyaları arasında bərqərar olunmuş sıx əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrindən bəhs edərək, bu əlaqələrin davam olunmasına dair əminlik bildirib.

Səfir F.Quliyev Qazaxıstan həmkarına Azərbaycanla Gürcüstan arasında artan xətt üzrə inkişaf edən sıx iqtisadi əməkdaşlıq, Gürcüstana Azərbaycan mənşəli sərmayələrin qoyulması, yerinə yetirilmiş və perspektiv nəhəng layihələr barədə təsviredici məlumat təqdim edib. Qeyd olunub ki, həmin iqtisadi əməkdaşlıq Cənubi Qafqaz bölgəsində həlledici rol oynayır və Qazaxıstanın da prioritet diqqət ayırdığı Orta Dəhlizin gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfir F.Quliyev həmçinin, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehran şəhərindəki Səfirliyinə qarşı törədilmiş qanlı terror aktı barədə məlumat verərək, Azərbaycan Dövlətinin hadisəyə siyasi və hüquqi qiymət verilməsi, onun icraçıları və təşkilatçılarının ciddi şəkildə cəzalandırılmasının tələb etdiyi barədə rəsmi mövqeyindən bəhs etmişdir.
Qəbula görə təşəkkür ifadə edən Səfir M.Murzalin də öz tərəfindən Gürcüstan dövlət başçısına etimadnamənin təqdim edilməsindən sonra Tbilisidə akkreditə olunmuş diplomatik korpus çərçivəsində ilk nəzakət səfərindən birinin dost Azərbaycanın Səfirliyinə etdiyini vurğulayıb. Səfir M.Murzalin Gürcüstanda məsul missiya çərçivəsində Azərbaycan Səfirliyi ilə sıx əməkdaşlıq edəcəyinə dair əminlik ifadə edib.

Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsini apardılar.

Mehman
Xəbəri paylaş