Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda sabiq bələdiyyə sədrinə qarşı cinayət işi başlanılıb

Azərbaycanda sabiq bələdiyyə sədrinə qarşı cinayət işi başlanılıb


Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.

Bu barədə Newscenter.az-a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Dağkəsəmən kənd bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Belə ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

Mehman
Xəbəri paylaş