BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) bu gün Bakı vaxtilə saat 16:00-da Azərbaycanın Ermənistana qarşı qaldırdığı iş üzrə ictimai dinləmələr keçirəcək.
Newscenter.az bildirir ki, "Report"un xəbərinə görə, İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.
Sessiyaya məhkəmənin sədri Coan Donoqyu (Joan E. Donoghue) hakimlik edəcək.
Dinləmələr Azərbaycanın bu il yanvarın 3-də Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr ediləcək.