Daxili İşlər Nazirliyi (DİN) Bakıda "SalamNews" informasiya agentliyi və “İnteraz” telekanalında əməliyyat keçirilib, 7 nəfər saxlanılıb.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, hazırda əmliyyat davam edir.
Belə ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.
Mehman