Irandakı səfirliyimizə qarşı terror hücumundan sonra daha da gərginləşən Tehran-Bakı münasibətlərinin indiki haldakı durumu daha çox Ermənistanı qane edir deyə bilərik. Elə bu səbəbdəndir ki, yerli və beynəılxalq səviyyəli erməni lobbi şəbəkəsi İranla Azərbaycan arasında münasibətləri ciddi şəkildə gərginləşdirmək üçün hərəkətə keçiblər. Bu arada İrana endirilən hava zərbələrinin guya Azərbaycan ərazisindən istifadə edilməklə reallaşdırıldığı barədə yayılan yalan erməni məlumatları da məhz bu məqəsədə xidmət edir. Elə politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, o bildirb ki, erməni saytları və erməni lobbisinə bağlı mərkəzlər Azərbaycana qarşı növbəti dezinformasiya yayıblar, guya İsrail İrana qarşı hücumlarda Azərbaycan ərazisindən istifadə edib6
"Bu xəbərləri erməni saytları və İrandakı radikal dairələr keçmiş illərdə də tirajlayırdılar, ancaq ortada heç zaman fakt olmayıb. Dezinformasiyanın məqsədi İran-Azərbaycan münasibətlərinin hazırki gərginliyini iki ölkə arasında qarşıdurma səviyyəsinə çatdırmaqdır. Azərbaycan İran münasibətləri gərgin olsa da, biz heç bir dövlətin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə imkan vermərik. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Erməni ekspertlər isə açıq bildirirlər ki, Azərbaycana qarşı mübarizədə İranı informativ dəstəyi artırmaq lazımdır. Bunlar “İrana informativ dəstək” dedikdə Azərbaycana qarşı təxribatçı xəbərlərə əsaslanan informasiya müharibəsini nəzərdə tuturlar".
Politoloq deyib ki, əslində biz ermənilərin bu yanaşmasından öz məqsədlərimiz üçün istifadə edə bilərik:
"Biz bölgədə müharibənin əleyhinəyik. Ancaq əgər İrana qarşı koalisiya formalaşdığı halda Ermənistan İrana dəstəyini artırarsa Qərb ölkələrində Ermənistanın mövqeyinin zəifləməsinə nail ola bilərik. Bunun üçün diplomatik fəallığı artırmaq lazım gələcək".
Elxan Şahinoğlu onu da bildirib ki, İsrailin İrana zərbələri Ermənistanın siyasi dairələrini çətin duruma salıb:
"Rəsmi İrəvan baş verənlərə hələ ki, münasibət bildirmir. Ancaq vəziyyətin gərginləşəcəyi halda Tehran İrəvandan qəti mövqe tələb edəcək. Tehran Ermənistana illərdir verdiyi dəstəyin, Zəngəzur dəhlizinə yaratdığı əngəlin əvəzini istəyəcək. Ermənistan baş naziri Nikol Paşinyan İranla sıx münasibətlər fonunda ABŞ və Fransa ilə münasibətlərin inkişafına ümidlidir. İrana qarşı koalisiya formalaşarsa Paşinyan böyük ehtimalla neytral mövqedə qalmağa çalışacaq. Bu isə nə Vaşinqtonun, nə də Tehranın xoşuna gələcək".
Mehman