Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması keçən ilin sonlarında nəzıərdə tutulsa da, lakin İrəvanın qeyri-konstruktivliyi səbəbindən bu baş vermədi. İndiki halda tərəflər arasında diplomatik münasibətləörin o qədər də normal olmadığını nəzərə alsaq, o zaman yaxın perspektivdə də sülh müqaviləsinin imzalanması real görünmür.
Bəs görəsən bununla bağlı ekspertlər nə düşünür?
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Newscenter.az-a bildirib ki, Azərbaycan Ermənistanla hər hansı səbəbə görə sülh müqaviləsi bağlayıb regionda stabillik planlaşdırırsa, bu, əvvəla, yaxın zamanlarda mümkün olmayacaq:
"Sonra isə bu sülhün bağlanması, bağlansa belə etibarlılığı şübhə altına olacaq. Onda Ermənistanla sülh nəyə lazımdır? Azərbaycanın hərbi yolla əldə etdiyi qələbəni diplomatik masada da sülh müqaviləsi imzalamaqla tamamlamaq cəhdlərini anlamaq olar, amma bu sülhün real dayaqları olmayandan sonra nəyə xidmət edəcəyi gün kimi aydındır. Ermənistan yenidən zaman gözləmək üçün hazırlığa başlayacaq".
Mehman