Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu tədarük edəcək.
Newscenter.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü bildirib.
155 mm 12 özüyeriyən haubitsa yaxın həftələrdə gətiriləcək.
“Ouest-France” qəzeti yazır ki, Fransa da Ukrayna hərbçilərinin hazırlanması istiqamətində səylərini artıracaq. Yaya qədər Ukraynadan olan 2 minə yaxın əsgər Fransa ərazisində təlim keçəcək.