"Ərazisinə edilən dron hücumları və aldığı ağır zərbələrdən özünə gələ bilməyən İran yenə də şər, böhtan, təxribatla məşğuldur. Məlum hava hücumundan sonra İranın bəzi dairələri tərəfindən sözügedən hücumların guya Azərbaycan ərazisindən həyata keçirildiyi barədə ortaya atılan iddialar Tehranın Bakıya qarşı növbəti oyunu və məkirli planından xəbər verir".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Analitik Qrupdan daxil olan açıqlamada qeyd edilib ki, bununla İran Azərbaycana qarşı təxribat həyata keçirməyə zəmin hazırlayır:
"Baxmayaraq ki, Azərbaycan hər zaman öz ərazisindən üçüncü ölkəyə, xüsusən də İrana qarşı istifadə edilməsinə qarşı olub və bu gün də eyni mövqeyində qalır, lakin Tehran hələ də Bakının bu prinsipaillığını anlamaq, yaxud görmək istəmir".
Analitik Qrup hesab edir ki, İran növbəti dəfə Azərbaycana qarşı hansısa təxribatçı addım atsa, bu Tehrana baha başa gələcək.
Mehman