"İranın bizə qarşı münasibəti fonunda belə iddiaların səslənəcəyi gözlənilən idi. Əslində isə bu dronların, İraq ərazisində yerləşən ABŞ hərbi bazasına aid olduğu iddiaları daha çox dünya mediasında yer alır. O ki qaldı, Azərbaycan ərazisindən bu hücumların təşkili iddialarına, İran tərəfinin rəsmi açıqlaması olmadığından, bu sadəcə qeyri-konstruktiv mövqe hesab olunur. Bunun arxasında, səfirliyimizə qarşı edilən terrakt səbəbiylə, ölkəmizdə İrana qarşı yaranan nifrətin səviyyəsini aşağı salmaq cəhdləri dayanır".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi İrana edilən hava hücumlarının Azərbaycan əraizisndən istifadə edilməklə həyata keçirildiyi barədə cənub qonşumuzdan irəli sürülən iddialara münasibət bildirərkən səsləndirib.
O bildirib ki, baş verən hadisələr və bundan sonra da baş verə biləcək hər hansı bir hadisəni, indidən Azərbaycanın səhv siyasətinin üzərinə yıxmaq məqsədləri daşıyır:
"Əslində isə Azərbaycan prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət, istər region üçün, istərsədə daha geniş miqyasda olsun, beynəlxalq hüquq normalarına tam cavab verir və onun təcrübəsi heç də belə cəfəng fikirləri özünə yaxın buraxmır. Bunu, hətta İran daxil olmaqla, bir çox ölkələr başa düşür və hesab edirəm bu siyasətin nəticəsidir ki, ölkəmiz olub bitənlərdən dolayı öz sabitliyini qoruyub saxlaya biləcəkdir".
Mehman