“Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri Bakı ilə Budapeşt arasında enerji sahəsində əlaqələrə daha çox təsir göstərəcək və bu sahədə ölkələr arasında yeni əməkdaşlıq perspektivləri yaranacaq”. Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb.
Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, enerji sahəsində əməkdaşlıq indiki durumda Bakıdan daha çox Budapeşt üçün mühümdür:
“Düzdür, Azərbaycan da öz qazını Avropaya satmaq və bu həcmi bir qədər də artırmaq niyyətindədir. İstər Serbiya prezidentinin Azərbaycana səfəri zamanı, istərsə də dövlət başçısı Maacarıstanda keçirdiyi görüşlərdə açıq şəkildə ifadə etdi ki, ötən il Avropa Komissiyası ilə imzalanan sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”.
Mərkəz hesab edir ki, Rusiya-Ukrayna müharibəsi Budapeşti enerji9 sahəsində Bakı ilə əməkdaşlığa məcbur edib: “Çünki Azərbaycan bu baxımdan Macarıstan üçün ən əlverişli alternativ ölkədir”.
İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzi hesab edir ki, iki ölkə arasında nəqliyyat və tranzit sahəsində əlaqələr mövcuddur və bu əlaqələrin inkişafı üçün potensial imkanlar var:
“Dövlət başçısının da qeyd etdiyi kimi dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb, bu layihənin böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. Təkcə keçən il tranzit yüklərin həcmində 75 faiz artım qeydə alınıb”.
Mehman