Rusiya Ukrayna ilə müharibədə iştirak edən hərbiçilərini həvəsləndirmək üçün stimullaşdırıcı addım atmağı qərarlaşdırıb. Newscenter.az haber7.com-a istinadən xəbər verir ki, Ukrayna tərəfindən döyüşən NATO hərbi texnikasını vuran hərbiçilərə mükafatı Rusiyanın “Fores” kimya şirkəti verəcək.
Məlumata görə, "Alman Leopard 2" döyüş tankını və ya American Abrams-ı məhv edən, yaxud ələ keçirən rus əsgərləri pul mükafatı alacaqlar.
Belə ki, şirkət ilk texnika məhvə görə, 5 milyon rubl (70 700 dollar) mükafat verəcək. Sonrakı hər bir məhvə görə isə 500 000 rubl, yəni 7 070 dollar ödəniləcək.
Bundan başqa Ukrayna Qərbdən F-15 və F-16 döyüş təyyarələri alarsa, vurulan ilk təyyarəyə görə də 15 milyon rubl, yəni 212 100 dollar mükafat veriləcək.
Mehman