Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gələcək illərdə Avropanın enerji təhlükəsizliyi istiqamətində mühüm rol oynayacaq-ÖZƏL

Azərbaycan gələcək illərdə Avropanın enerji təhlükəsizliyi istiqamətində mühüm rol oynayacaq-ÖZƏL


“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü və yaşıl enerji məşvərət şurası çərçivəsində ilk iclasın keçirilməsi həm ölkəmiz, həm də Avropa üçün mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, xüsusilə yaşıl enerji sahəsi hal-hazırda prioritet istiqamətlərdən biridir:

“Artıq bu istiqamətdə ötən il Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan dövlətləri arasında Qara dənizdən keçməklə yaşıl enerji nəqli ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalandı. Nəzərə alsaq ki, Azərbaycanın bərpa olunan enerji mənbələri kifayət qədər genişdir və bu amil enerjiyə ehtiyacı olan Avropanı cəlb edir və tam əminliklə deyə bilərəm ki, Azərbaycan gələcək illərdə Avropanın enerji təhlükəsizliyi istiqamətində mühüm rol oynayacaq”.

Mehman
Xəbəri paylaş