Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlərə imza atılıb-ÖZƏL

Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlərə imza atılıb-ÖZƏL


"Azərbaycanda bütün istiqamətlərdə, həm gənclər, həm təhsil, həm xarici və daxili siyasətdə, iqtisadi uğurlarımızın əldə edilməsində, ölkədə çox böyük nailiyyətlərə imza atılıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli səsləndirib. İctimai Birlik sədri deyib ki, bütün bunlar da indiki uğurlarımızın birbaşa təminatıdır:

"Biz ona görə də ulu öndərin bu xidmətlərini yüksək qiymətləndiririk və Azərbaycan xalqı daima ulu öndərin əziz xatirəsini qəlbində yaşadacaqdır. Ulu öndərin vəsiyyətinə əməl edərək Azərbaycan dövlətinin daha da qüvvətlənməsinə, müstəqilliyin əbədi və dönməz olmasına hərə öz sahəsində tövhəsini verəcəkdir. Allah Ulu öndərimizə rəhmət etsin. Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir və onun qoyduğu siyasət daimidir".

Mehman
Xəbəri paylaş