Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bolqarıstan və Serbiya liderləri Azərbaycan qazını idxal edəcək kəmərin inşasına qatılıblar

Bolqarıstan və Serbiya liderləri Azərbaycan qazını idxal edəcək kəmərin inşasına qatılıblar


Bolqarıstan və Serbiya prezidentləri - Rumen Radevlə Aleksandar Vuçiç enerji təchizatının şaxələndirilməsinə yönəlmiş qaz kəmərinin tikintisində iştirak ediblər.

Newscenter-az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov tviter hesabında yazıb.

“170 kilometrlik boru kəməri qazı Azərbaycandan yeni qoşulma sistemləri vasitəsilə gətirmək üçün nəzərdə tutulub və ilin sonuna kimi istismara veriləcəyi gözlənilir”, - səfir qeyd edib.

Anar Tağıyev
Xəbəri paylaş