Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycan Gəncliyi dövrünün ən şərəfli, qürurlu günlərini yaşayır

Bu gün Azərbaycan Gəncliyi dövrünün ən şərəfli, qürurlu günlərini yaşayır


"1997-ci ildən bəri qeyd olunan Gənclər Günü, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin uzaqgörənliklə başladığı dövlət Gənclər siyasəti, sistemli şəkildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili deyib ki, çoxsaylı Dövlət Proqramları, Gənclər Fondu, Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil alması, idmanın inkişafı baxımından ölkənin bütün şəhər və rayonlarında olimpiya komplekslərinin, digər idman strukturlarının inşa olunması, beynəlxalq forumların, çempionatların, mədəniyyət, incəsənət tədbirlərinin təşkili, Gənclərimizin inkişafına xüsusi təkan vermişdir:

"Bu gün Azərbaycan Gəncliyi beynəlxalq səviyyədə özünü təsdiq edib. Vətən müharibəsində Azərbaycan Gəncliyinin nələrə qadir olduğunu bütün dünya gördü. Dünya və Avropa çempionatlarında, Ölimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edən Azərbaycan Gəncliyi döyüş meydanlarında da öz sözünü dedi. Bu gün Azərbaycan Gəncliyi dövrünün ən şərəfli, qürurlu günlərini yaşayır".

Mehman
Xəbəri paylaş