Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün gənclərə böyük inam bəslənilir-ÖZƏL

Bu gün gənclərə böyük inam bəslənilir-ÖZƏL


"Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə bu gün gənclərə böyük inam bəslənilir və onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir"..

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Fuad Heydər səsləndirib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm" demişdir:

"Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Müdrik dövlət xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə inam bəsləyirdi".

Mehman
Xəbəri paylaş