Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır-ÖZƏL

Gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır-ÖZƏL


"Ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib ki, Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir:

"Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir".

YAP rəsmisi deyib ki, bu gün gənclərimiz də ölkəmizin müstəqilliyini və milli maraqlarını yad təsirlərdən qorumaqla öz ümdə vəzifəsini layiqincə yerinə yetirir, ölkə həyatının bütün sahələrində yüksək fəallıq, əzm, mətanət, qətiyyət nümayiş etdirərək Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər.

Mehman
Xəbəri paylaş