Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Azərbaycanda yaratdığı şəbəkə tamamilə zərərsizləşdirilməlidir

İranın Azərbaycanda yaratdığı şəbəkə tamamilə zərərsizləşdirilməlidir


"Son vaxtlar Azərbaycanın hüquq-mühafizə orqanlarının ölkəmizdəki İrana bağlı olan qüvvələr, bu ölkənin xüsusi xidmət orqanları, eləcə də digər dairələrinə çalışan qruplar və şəxslərə qarşı apardığı əməliyyatlar təqdir olunandır. Hesab edirik ki, bu əməliyyatlar davam etməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O deyib ki, İran uzun illər burada özünə müxtəlif sahələrdə şəbəkə qurub, ayrı-ayrı şəxsləri müəyyən şirnikləndirici vasitələrlə ələ alıb:

"Təsəvvür edin ki, İran Azərbaycan mediasına qədər sirayət edib və bu sahədə özünə əlaltılar tapıb".

Arzuman Muradlı onu da deyib ki, İran eyni zamanda Azərbaycana narkotik ixrac etmək, burada özünə narkokuryerlər tapmaqla Azərbaycan gənclərinin gələcəyini məhv edib, onları ağ ölümün qurbanına çevirib:

"Adını İslam dövləti qoyan bir ölkənin bu cür əməlləri nə din, nə də insanlığa sığmır".

İctimai Birlik sədri hesab edir ki, hüquq-mühafizə orqanlarının Azərbaycandakı İran şəbəkəsinə qarşı əməliyyatı davam etməli və onlar tamamilə zərərsizləşdirilməlidirlər.

Mehman
Xəbəri paylaş