Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Xankəndi-Laçın yolundakı aksiyaya etirazının əsl səbəbi MƏLUM OLDU-ÖZƏL

İranın Xankəndi-Laçın yolundakı aksiyaya etirazının əsl səbəbi MƏLUM OLDU-ÖZƏL


"Xankəndi-Laçın yolunun Şuşa ərazisində ekoloji terror səbəbindən azərbaycanlı ekoaktivistlər tərəfindən 50 gündən artıqdır dinc aksiyanın davam etməsindən dolayı narkoticarətə vurduğu zərbə İranın açıq şəkildə bu aksiyaya etiraz etməsinə səbəb olub".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bir müddət öncə İrandan Xankəndiyə gələn iki 13-14 nəfərlik qrupların hərbi təlimatçılar olduğunu qeyd etmişdilər, amma onlar həmin narkotik vasitələr istehsal edən insanlar idi:

"Onlar qruplar şəklində Xankəndiyə gəlmişdilər. Hərbi təlimatçıların İrandan gətirilməsində heç bir məntiq yox idi, xüsusən də, rus və erməni təlimatçılar olan yerdə".

Azər Qasımiv deyib ki, ermənilər tərəfindən Qarabağda istehsal edilən narkotiklər yanacaq gətirən maşınlarla ərazidən çıxarılır və İrana daşınırdı:

"Gorus-Qafan yolunun Zəngilan ərazisində Azərbaycan tərəfində qalan 25 km hissəsindən istifadə edən İran yanacaq maşınlarının və TIR-larının gediş haqqı bəhanəsi ilə marşrutlarını dəyişib, kənd arası yollarla yoxlamadan qaçmaq üçün hansı əziyyətlər çəkdiyinin video görüntüləri hələ yaddan çıxmayıb. Bunlar həmin narkotik daşıyan maşınlar idi”.

Mehman
Xəbəri paylaş