Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misirdə xəstəxana yandı, ölən və çoxlu sayda yaralı var-ĞZƏL

Misirdə xəstəxana yandı, ölən və çoxlu sayda yaralı var-ĞZƏL


Misirin paytaxtı Qahirədə xəstəxana binasında yanğın baş verib.

Newscenter.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxananın radiologiya şöbəsində baş verən yanğın zamanı 3 nəfər həlak olub, 32 nəfər yanıq xəsarətləri alıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb. Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada xəstəxananın qeyri-hökumət təşkilatına aid olduğu və yanğının nəzarət altına alındığı bildirilib. Yanğının səbəbi hələlik məlum olmasa da, yanğınla bağlı araşdırmalara başlanılıb.

Mehman
Xəbəri paylaş