Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ukraynanın Kramatorsk şəhərinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Ukraynanın Kramatorsk şəhərinə zərbə endirib, ölən və yaralananlar var


Fevralın 2-nə keçən axşam Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə “İsgəndər-K” raketi ilə endirdiyi zərbə nəticəsində 3 mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.

Newscenter-az-ın xəbərinə görə, bu barədə Donetsk vilayətinin polisi məlumat yayıb.

Məlumata görə, zərbə zamanı azı 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.

"Düşmən hücumu saat 21:45-də baş verib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Polis Rusiyanın hərbi cinayətinin nəticələrini sənədləşdirir. 11 operativ istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər, kinologlar, həkimlər, patrul polisi və digər bölmələr hadisə yerində işləyir”, - məlumatda deyilir.

İnsanların hələ də dağıntılar altında qala bildiyi qeyd edilir. Zərərçəkmiş evlərin sakinləri sığınacaqlara təxliyə olunur.

Anar Tağıyev
Xəbəri paylaş