Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah hava yağışlı olacaq

Sabah hava yağışlı olacaq


Fevralın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Sevinc
Xəbəri paylaş