Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlar AQTA-nın xidmətləri üçün "Bakı KOB evi"nə müraciət edə bilərlər

Sahibkarlar AQTA-nın xidmətləri üçün "Bakı KOB evi"nə müraciət edə bilərlər


Qida sahəsində fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən biznes subyektlərinə göstərilən müxtəlif xidmətlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Newscenter.az xəbər verir ki, AQTA tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara qida obyektlərinin qeydiyyatı və təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinin qeydiyyatı və dövlət reyestrindən çıxarışın verilməsi xidməti göstərilir.

Bundan əlavə, sahibkarlar qeydiyyat və təsdiqin yenidən rəsmiləşdirilməsi, dayandırılması və ləğv edilməsi ilə bağlı da “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Sevinc
Xəbəri paylaş